Ukraynada yaşayan əslən azərbaycanlı futbolçu Aleksandr Əliyev içkili halda gecə klubunda dava salıb. Sportnet.az-ın "Obozrevatel"ə istinadən məlumatına görə, yarımmüdafiəçi Azərbaycan klublarının birinə keçmək istəsə də, rədd cavabı alıb.
Bu, ötən həftə Kiyevə dönən futbolçunu o dərəcədə qəzəbləndirib ki, o, Ukrayna paytaxtındakı gecə klublarının birində yolverolməz həddə qədər alkoqol qəbul edərək, dava-dalaş salıb. Əliyev klubun müştərilərini silahla da hədələyib. Lakin mühafizə xidmətinin müdaxiləsindən sonra futbolçu gecə klubundan kənarlaşdırılıb.
Qeyd edək ki, ötən mövsümü Rusiyanın "Anji" klubunda keçirən Aleksandr Əliyev 11 dəfə meydana çıxıb. Futbolçu 1 qol və 3 məhsuldar ötürməylə yadda qalıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |