Azərbaycan
yığma komandasının sabiq baş məşqçisi Şahin Diniyev DÇ-2014-ün 1/8 final
cütlükləri ilə bağlı proqnoz verib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis
elə ilk oyundan sensasiya gözlədiyini bildirib.
Braziliya –
Çili
-Meydan
sahiblərinin məğlub olacağını gözləyirəm. Daxili bir hiss mənə Çilinin qalib gələcəyini
deyir. Braziliya yığması daha çox fərdi oyuna üstünlük verir. Luis Felipe
Skolarinin yetirmələri daha çox Neymarın ustalığına bel bağlayırlar. Çili
millisi isə pressinq tətbiq edir, kollektiv oyuna üstünlük verir və komanda şəklində
müdafiə olunmağı bacarır.
Kolumbiya –
Uruqvay
-Üstünlüyü
Kolumbiyaya verirəm. Hesab edirəm ki, Uruqvay qrupda daha çox enerji sərf etdi.
Məhz bu amilin həlledici rol oynayacağını düşünürəm. Demirəm ki, Kolumbiya
rahatlıqla rəqibini üstələyəcək. Hətta ola bilər ki, görüş penalti seriyasınadək
davam etsin. Ancaq bütün hallarda sevinən tərəfin Kolumbiya olacağını
proqnozlaşdırıram.
Hollandiya – Meksika
-Deyərdim
finala bərabər görüş izləyəcəyik. Hər iki komanda parlaq futbol sərgiləyir. Bu
oyuna baxıb, zövq almaq lazımdır. Hər iki tərəf ən xoş sözlərə layiqdir.
Şanslara gəlincə, tam bərabərsəviyyəli iki komandanın mübarizəsini izləyəcəyimizi
söyləyə bilərəm.
Kosta Rika –
Yunanıstan
-Kosta
Rikanı daha şanslı sayıram. Yunanıstan daha çox yaşlı futbolçulara güvənən bir
heyətə malikdir. Düşünürəm ki, Kosta Rikanın təklif edəcəyi temp qarşısında
onlar aciz qalacaqlar.
Fransa –
Negeriya
-Zənnimcə,
bu oyunda Fransa heç bir çətinlik çəkməyəcək. Afrikalıların müdafiə xəttində nəzərəçarpacaq
boşluqlar var. Fransa yığması isə mobil futbol sərgiləyir. Avropalıların hücum
xəttinin Nigeriyanın bu cür müdafiəsini yaracağını düşünürəm.
Almaniya –
Əlcəzair
-Almaniya
nəinki bu oyunun, ümumiyyətlə, DÇ-2014-ün favoritidir. Qrup mərhələsində
nümayiş etdirdikləri futbol onlara qızıl medallara ən real namizəd kimi
baxmağıma əsas verir.
Argentina –
İsveçrə
-Birmənalı
şəkildə Argentinanın qalib gələcyini bildirirəm. Cənubi amerikalılar hələ öz
sözlərini deməyiblər. Hesab edirəm ki, Messinin komandası oyundan-oyuna
artıracaq. İsveçrənin ¼ finala çıxacağına inanmıram.
Belçika – ABŞ
-İki bərabərsəviyyəli komandanın oyunudu. Ola bilər, əsas vaxtda heç-heçə qeydə alınsın. Ancaq əlavə vaxtda olsa da, belçikalıların minimal fərqlə qalib gələcəyini düşünürəm.