
Kamerun Futbol Federasiyası (FCF) ölkə yığmasının DÇ-2014-də danışılmış oyuna çıxmasına dair iddialarla əlaqədar təhqiqata başlayıb. Sportnet.az-ın məlumatına görə, FCF-in Etika Komitəsi 7 futbolçunun Xorvatiya yığması ilə görüşdə sövdələşməyə getməsi barədə xəbərrləri araşdırır.
Danışılmış oyunların təşkilatçısı kimi tanınan sinqapurlu Uilson Rac Perumal Kamerun - Xorvatiya görüşündən bir neçə saat əvvəl şok iddia ilə çıxış edib. O, qarşılaşmanın avropalıların 4:0 hesablı qələbəsi ilə başa çatacığanı və kamerunlu futbolçulardan birinin qırmızı vərəqə alacağını bildirib.
Qeyd edək ki, sinqapurlu işbazın proqnozu özünü artıqlaması ilə doğruldub: matç Xorvatiyanın 4:0 hesablı qələbəsi ilə başa çatıb, 40-cı dəqiqədə isə Aleks Sonq meydandan qovulub.