"Qəbələ" klubunun Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandasının baş məşqçisi Slaven Musa mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, mütəxəssis komandasının daha təcrübəli olduğunu bildirib.
O, tərəflər arasındakı fərqdən də danışıb: "Biz tək mərhələ adlamağı yox, həm də bu oyunda qalib gəlmək istəyirik. "Şiroki Briyeq" dəfələrlə avrokuboklarda iştirak edib və təcrübə baxımından rəqibini üstələyir. Biz bunu ilk oyunda da nümayiş etdirdik. Komandalar arasında səviyyə fərqi var. "Qəbələ" açıq futbola keçən kimi, biz qollarımızı vurduq. Bütün bu amillər xeyrimizə işləməlidir. Lakin məqsədimizə çatmaq üçün sonadək konsentrasiyanı itirməməliyik".
Qeyd edək ki, Qəbələdə baş tutan ilk oyunda bosniyalılar 2:0 hesablı qələbə qazanıblar. Təkrar oyun iyulun 10-da Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |