1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan yığması dünya çempionatına medalla başladı
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, çempionatın ilk günündə Azərbaycan yığması 1 medal qazanıb.
100 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Cavid Feyziyev bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finala qədər güləşçimiz Çexiya, Polşa, Belarus və Rusiya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə onun rəqibi Gürcüstan idmançısı Zviad Pataridze olub. Feyziyev 0:7 hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha 4 çəkidəki təmsilçilərimiz - Kənan Cəfərov (50 kq), Orxan Ağamalıyev (54 kq), Murad Allahverdiyev (58 kq) və Ülvi Qənizadə (63 kq) mükafatçılar sırasına düşə bilməyiblər.