
"Neftçi" azarkeşləri Sloveniya "Koper"i ilə Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünün sonlarında "İstefa" şüarları səsləndirməyə başlayıblar. Sportnet.az-ın məlumatına görə, onlar flaqmanın evdə 1:2 hesablı məğlubiyyətdən dönüş yarada bilməməsinə belə reaksiya veriblər.
Fanatlar təkcə baş məşqçi Böyükağa Hacıyevi deyil, klub rəhbərliyini də istefaya çağırıblar. Matç başa çatdıqdan sonra "İstefa" şüarları yenidən səsləndirilməyə başlayıb və tribunalarda daha geniş miqyası əhatə edib.
Qeyd edək ki, öz meydanında uduzan "Neftçi" təkrar qarşılaşmaya iyulun 24-də çıxacaq.