Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Nikolay Tolstıxa qarşı bu ölkənin "Rostov" klubunun sabiq qolkiperi Deyan Radiçdən ciddi ittiham səslənib. Sportnet.az-ın "Rostov" klubunun saytına istinadən məlumatına görə, RFİ prezidenti Radiçə göstərəcəyi "xidmət"ə görə vəzifə də təklif edib.
Keçmiş əlcək sahibi bu həftə Tolstıxın onu Moskvaya dəvət etdiyini bildirib. O, səfərinin arxasında hansısa müsbət çalarların dayanacğını zənn etsə də, tezliklə yanıldığını anlayıb: "Elə düşündüm ki, RFİ prezidenti həyatımın ən yaxşı illərini həsr etdiyim Rusiya futbolunda mənə iş təklif etmək istəyir. Həqiqətən də cənab Tolstıx mənə işə düzəlməkdə yardımçı olacağını söz verdi. Bunun üçün "cəmi" iki şərti yerinə yetirmək lazım idi. "Rostov" haqda ona "xüsusi məlumat" ötürmək və bu informasiyanı mətbuat konfransında səsləndirmək. Əlbbətə, şərtləri eşidən kimi qətiyyətlə "yox" cavabı verdim. Bu da təbiidir. Axı vaxtilə qapısını qoruduğum klubu necə çirkaba bulaşdıra bilərəm? Ancaq xüsusi olaraq bir daha vurğulamaq istəyirəm ki, görüş haqda təşəbbüs mənim tərəfdən irəli sürülməyib".
Qeyd edək ki, mayın sonunda RFİ Rusiya Kubokunun qalibi adını qazanmış "Rostov"a avrokuboklarda iştirak hüququ verən UEFA lisenziyasını təqdim etməkdən boyun qaçırıb. İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edən Rostov təmsilçisi mübahisədən qalib ayrılıb. Bunun nəticəsində "Rostov" Avropa Liqasında iştirak etmək hüququnu bərpa edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |