Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la oyundan sonra "Valletta"ın baş məşqçisi Cilbert Aqius oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, qonaq komandanın baş məşqçisi bunları deyib:
"Qarabağ"ı təbrik edirəm. Bu gün onlar daha yaxşı çıxış etdi və qələbəyə layiq idilər".
- Futboolçunuzun Almeydaya qarşı kobud hərəkəti haqda nə deyərdiniz?
- Hakimlər haqda danışmaq ağırdır. Mənim şəxsi düşüncəm var, ancaq bu heç nəyi dəyişmir. Qırmızı vərəqəni də özünüz gördünüz.
- Bu günkü oyunda komandalar arasındakı fərqi gördünüz. Düşünürsünüzmü bu hesab 1 həftə əvvəl qeydə alınmalı idi?
- Futbolda müəyyən məqamlar oyunun taleyini həll edir. Biz bir nəfər azlıqda idik. Bu futboldur. Üstəlik mənim futbolçu seçimi imkanım yox idi.
- Futbolçu kimi yığmada uğurlu karyeraya maliksiniz. Məşqçi kimi isə darmadağınla gedirsiniz. Bakıdan hansı təəssüratla ayrlırsınız?
- Mən karyeram barədə danışmağı xoşlamıram. Bu artıq geridə qalıb. Azərbaycan futbolunda çox şeylər dəyişib. Bu əcnəbilərin dəyişikliyində özünü daha çox göstərir.
- Kapitanınız meydanı tərk edərkən sarğını yerə atdı. Bizdə futbolçular bunu qəbul etmir. Buna münasibətiniz necədir?
- Xeyr, belə bir şey olmayıb. Əgər olubsa, mən çox üzgünəm. Komanda gərgin idi.
- Dünənə qədər Qurban Qurbanov məni "Zalsburq" yox, "Valletta" maraqlandırır deyirdi. Bir baş məşqçi kimi Qurbanova verəcəyiniz tövsiyyə var?
- İstənilən halda bütün məşqçilər ilk oyunu fikirləşir. Mən yeni başlayan məşqçiyəm. Bəlkə də mənim ona məsləhət verməyim düzgün olmaz. Ancaq "Qarabağ" növbəti turda "Valletta"dan daha güclü komandayla oynayacaq.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın "Valletta" üzərində 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |