Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubunu məğlub edən "Qarabağ”ın hücumçusu Reynaldo jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, braziliyalı futbolçu bunları bildirib:
"Bizim üçün çətin oyun oldu. Rəqibi nəzərə alaraq müdafiə futbolu oynayıb, əks hücumlardan yararlanmağı düşünürdük. Yaxşı nəticə əldə etdik. İndi isə ancaq cavab oyununu gözləməliyik".
- Admir Telinin ardından siz də qırmızı vərəqə aldınız və ikinci oyunda iştirak edə bilməyəcəksiniz…
- Həmin epizodun təkrarına baxmaq lazımdı. Çox təəssüf edirəm ki, cavab oyununda komandama kömək edə bilməyəcəm.
- "Qarabağ" play-off-a Reynaldo və Admir Tellisiz çıxa biləcək?
- Növbəti mərhələyə vəsiqə qazanmağımız lazımdı. Cəmi bir həftəmiz var. Yaxşı hazırlaşmalıyıq. Bunun mənimlə və ya mənsiz olması elə də önəmli deyil. Əsas odur ki, mərhələ adlayaq. "Qarabağ" kifayət qədər yaxşı komandadır və bizi əvəzləyəcək başqa futbolçuları da var.