
Çəlikəlin sözlərinə görə, artıq bu istiqamətdə prosesə start verilib: "Türkiyədəki vəkilimizlə əlaqə saxlayaraq, ona lazımi bilgiləri vermişik. Vəkilimiz hazırda lazımi sənədləri toplayır. UEFA-ya həm videolent formasında, həm də yazılı müraciətimiz olacaq. Matç başa çatdıqdan 24 saat ərzində apellyasiyamızı ünvanlamalıyıq. Yaxın bir saat ərzində hər bir proseduru yerinə yetirəcəyik. Fikrimdə, Reynaldoya uzaqbaşı sarı vərəqə göstərilə bilərdi. Daha düzgün rəyi mütəxəssislər verəcəklər. Amma həmin epizodda rəqib futbolçu açıq-aşkar simulyasiya etdi".
Qeyd edək ki, "Qarabağ"ın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Reynaldo rəqib futbolçuya kobudluq səbəbindən birbaşa qırmızı ilə meydandan qovulub.
Röya KƏRİMLİ