
"Neftçi" İsveç "Kalmar"ında icarədə olan Melvin Platyeni geri qaytaracaq. Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Böyükağa Hacıyev bildirib.
O deyib ki, hollandiyalı hücumçunun icarə müddəti başa çatdığından, müqavilə ilə məxsus olduğu flaqmanın sıralarına qayıdacaq. Hacıyev komandaya daha bir hücumçunun qoşulacağını da açıqlayıb. Amma təcrübəli mütəxəssis ad çəkməyib: "Bu yaxınlarda hücumçu gələcək. Bəlkə bunu siz də tanıyırsınız".