
"Neftçi"nin prezidenti Sadıq Sadıqov jurnalistlərə vəzifə təklif edib. Sportnet.az-ın məlumatına görə, Sadıqov Gürcüstan "Çixura"sı ilə Avropa Liqasının III təsnifat mərhələsindəki ilk matçdan sonra belə bir təkliflə çıxış edib.
O, komandanın ünvanına yönəldilən tənqidləri azaltmaq üçün zarafatyana açıqlama verib: "Siz komandanın üzərinə çox düşməyin. Belə etsəniz, hamınıza istədiyiniz vəzifəni verəcəyəm".
Sadıqovun söhbət zamanı bir açıqlaması da diqqətdən yayınmayıb: "Gedin, suallarınızı Tahir Süleymanova ünvanlayın. Amma yox, o, istefa verib. Mən də qəbul etmişəm".