
"Çətin oyun oldu. Qol imkanları yaratsaq da, yararlana bilmədik". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Samir Məsimov Gürcüstan "Çixura"sı ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
O bildirib ki, baş məşqçi Böyükağa Hacıyev matçdan öncə komandanın qarşısına qol buraxmamaq vəzifəsi qoyub. Məsimovun sözlərinə görə, klub prezidenti Sadıq Sadıqov da görüşün ardından onlara təsəlli verib: "Klub prezidenti Sadıq Sadıqov da dedi ki, üzülməyin, qarşıda hələ cavab oyunu var. Əsas odur ki, qol buraxmadıq".
Qeyd edək ki, "Çixura" ilə ilk matçda "Neftçi" qələbə qazana bilməyib - 0:0. Cavab görüşü avqustun 7-də Gürcüstanın paytaxtı Tiflisdəki Mixail Mesxi adına stadionda olacaq.