- İlk növbədə, 28 may Respublika günü münasibətilə bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Bura mənim öz ölkəm kimidir. "Atletiko"ya bu qədər dəstək verdiyi və hər zaman ölkəmizin yanında olduğu üçün cənab prezident İlham Əliyevə çox təşəkkür edirəm. Azərbaycan adını qürurla daşıyırıq. Biz bir millət, iki dövlətik. Hər zaman bərabərik. Burada özümü çox yaxşı hiss edirəm. "Atletiko"da həm türk millətini, həm də Azərbaycan xalqını təmsil edirəm. Burada olmaqdan çox xoşbəxtəm. Etdiyiniz dualar, verdiyiniz dəstəyə görə Azərbaycan xalqına ürəkdən minnətdaram.
- Adınız "Mançester Yunayted", "Barselona" kimi klublarla birgə hallanır. "Atletiko"ya gələn rəsmi təklif varmı?
Mən bu məsələ haqda danışmaqdan səlahiyyətli deyiləm. Sadəcə, qardaş ölkədə olmağın keyfini çıxarırıq. Çox xoşbəxtəm. Yalnız buna konsentrasiya olmuşam.
- 26 fevral Xocalı faciəsi ilə bağlı Sizin də videonuzu izləmişdik. Sonradan bu videoya görə müəyyən etirazla üzləşdiyinizə dair xəbərlər yayılmışdı...
- Mən Azərbaycanı çox sevirəm. Hər vəziyyətdə və şəraitdə ölkənizin yanındayam.
- Mustafa Dənizli "Xəzər Lənkəran"ın, Güvenç Kurtar isə "Rəvan"ın baş məşqçisi postunda uğurlu fəaliyyət göstərə bilmədilər. Bunun səbəbini nədə görürsünüz?
- Dənizli türk futbol tarixinin ən önəmli baş məşqçilərindən biridir. Kurtar da həmçinin. Onlar bizim üçün çox hörmətli, dəyərli insanlardırlar. Amma futbolun içərisində belə şeylər var. İdman uğuru bəzən olur, bəzən də olmur. Amma onları çox sevirik.
- İkinci yerin heç vaxt yadda qalmadığına dair açıqlama vermişdiniz. Həqiqətənmi bu il yaddaqalan olmadı?
- Təbii ki, Çempionlar Liqası üçün önəmli bir iş gördük. Amma finalda da qalib gəlsəydik, daha önəmli olardı.
- Final matçının birinci hissəsində kostyumda idiniz. İkinci hissədə isə idman geyiminə keçmişdiniz. Bunun səbəbi nə idi?
- Çünki rahatlıq tapa bilmirdim. Həyəcandan köynəyimi çıxarmaq məcburiyyətində qalmışdım.