
Abu-Dabidə keçirilən
cüdo üzrə "Böyük Dəbilqə” turnirində mübarizə davam edir. Sportnet.az-ın məlumatına görə, bu gün daha iki
cüdoçumuz tatamiyə çıxıb.
73 kq çəki dərəcəsində
mübarizə aparan Rüstəm Orucov ilk görüşündə çinli Jinjiriqala Saiyə təmiz qələbə qazanıb. Növbəti mərhələdə o kanadalı Artur Marqelidonu ipponla məğlub edərək 1/4 finala yüksəlib. Burda o sloveniyalı Rok Draksiçlə bacarmayaraq məğlub olub. Təsəlliverici görüşdə həmyerlimizin rəqibi Uqo Leqrand (Fransa) olub. Cüdoçumuz ilk rəqibini mübarizədən kənarlaşdıra bilib. 3-cü yer uğrunda görüşdə Orucov Honq Kuk Hyon (KDXR) ilə qarşılaşıb və ipponla qalib gələrək bürünc medalı aktivinə yazıb.
Abdulhaqq Rəsullu (81 kq) isə ilk mübarizəsində məğlub olub. O
macarıstanlı Laslo Çokniaiyə uduzub.
Qeyd edək ki, komandamızın aktivində 4 medal var. Orxan Səfərov (60 kq)
qızıl, Tərlan Kərimov (66 kq) gümüş və İlqar Müşkiyev (60 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal
qazanıblar.