Bu gün qadın voleybolçular arasında Azərbaycan Super
Liqasında növbəti turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, III turda iki qarşılaşma baş tutub.
Günün ilk
qarşılaşması "Lokomotiv” və "Telekom” arasında olub. Gərgin keçən ilk setdə "Lokompotiv" voleybolçuları qələbə qazanıb. İkinci setdə əzmkarlıq göstərən "Telekom", bu seti aktivinə yaza bilib. Lakin onların bundan artığına gücü çatmayaraq sonrakı iki setdə də məğlub olublar. Nəticədə qələbə qazanan "Lokomotiv" "Rabitə"nin bu turda istirahət etməsindən istifadə edərək liderliyə yüksəlib.
Digər qarşılaşmada
isə "Azəryol” və "Azərreyl” münasibətlərinə aydınlıq gətiriblər. "Azəryol" rəqibinə heç birşans verməyərək hər 3 setdə qalib gəlib.
15 noyabr
III tur
15:00. "Lokomotiv” – "Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)
18:00. "Azəryol” – "Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)
Voleybol Mərkəzi
Komandalar |
O |
Q |
M |
S-F |
X |
"Lokomotiv” |
3 |
3 |
0 |
9-4 |
8 |
"Rabitə” |
2 |
2 |
0 |
6-0 |
6 |
"Azəryol” |
2 |
1 |
1 |
5-3 |
4 |
"Telekom” |
2 |
0 |
2 |
1-6 |
0 |
"Azərreyl” |
3 |
0 |
3 |
1-9 |
0 |
Qeyd edək ki, "Rabitə”nin istirahət edəcəyi bu turun hər iki qarşılaşma Voleybol Mərkəzində baş tutacaq.