
"Neftçi” klubu futbolçu Cavid İmamverdiyevlə müqaviləsini yeniləyib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi 2018-ci ilə qədər flaqmana məxsus olacaq.
Hazırda İmamverdiyevlə Türkiyənin "Ankaraspor” klubu maraqlanır. Qardaş ölkə təmsilçisi onu icarəyə götürmək niyyətindədir. Bununla bağlı "ağ-qaralar"a rəsmi müraciət ünvanlayıb və hazırda iki klub arasında danışıqlar davam edir.