
AZAL klubu iyulun 2-dən yeni əcnəbi futbolçuların baxışına start verəcək. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Vaqif Qasımov məlumat verib.
Qasımov Bakıda başlanacaq təlim-məşq toplanışına 10 yeni legionerin gələcəyini bildirib. Daha sonra hazırlığı Türkiyədə davam etdirəcək paytaxt təmsilçisi qardaş ölkədə daha 15 futbolçunu sınaqdan keçirəcək. Vitse-prezident heyətə 5 ən layiqli legioneri cəlb edəcəklərini söyləyib: "Biz ciddi seçim aparacağıq. Onlardan yalnız 5-i ilə müqavilə imzalamağı planlaşdırırıq".