 

Voleybolçu qadınlar arasında Çempionlar Liqasında 2015-2016-cı il mövsümündə Azərbaycanı 3 komanda təmsil edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Avropa Voleybol Konfederasiyası (CEV) qərar qəbul edib. 
	
Qərara əsasən, hazırda "Telekom" adlandırılan keçmiş "Rabitə" və "Lokomotiv" klubları birbaşa, "Azərreyl" isə "vayld-kart"la nüfuzlu turnirə vəsiqə qazanıb. Bu zaman CEV Azərbaycanın qadın voleybolundakı yüksək statusunu nəzərə alıb. 
	
Ümumiyyətlə, Çempionlar Liqasında 24 komanda iştirak edəcək:
	
"Telekom" (Bakı, Azərbaycan)
"Lokomotiv" (Bakı, Azərbaycan) 
"Prostejov" (Çexiya) 
"Kann" (Fransa)
"Roşevil" (Kann, Fransa) 
"Drezdner" (Almaniya) 
"Alyans" (Ştutqart, Almaniya)
"Pomi" (Kasalmacciore, İtaliya) 
"İqor Qorqonzola" (Novara, İtaliya) 
"Ximik" (Politse, Polşa) 
"Atom Trefl" (Sopot, Polşa) 
"Voley Alba" (Blaj, Rumıniya) 
"Dinamo" (Kazan, Rusiya) 
"Dinamo" (Moskva, Rusiya) 
"Uralochka-NTMK" (Yekaterinburq, Rusiya) 
"Kalsit" (Kamnik, Sloveniya) 
"Vizura" (Belqrad, Serbiya)   
"Volero" (Sürix, İsveçrə) 
"Fənərbağça" (İstanbul, Türkiyə) 
"VakifBank" (İstanbul, Türkiyə) 
"Eczacibaşı" (İstanbul, Türkiyə) 
	
"Vayld kart"la qatılanlar: 
	
"Azərreyl" (Bakı, Azərbaycan) 
"Nordmekkanika" (Pyaçentsa, İtaliya) 
"İmpel" (Vrotslav, Polşa) 
	
Qeyd edək ki, püşkatma mərasimi iyulun 2-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Püşk nəticəsində 24 komanda 6 qrupa bölünəcək. Qrup mərhələsində ilk tur 27 - 29 oktyabrda olacaq.