"Bu il şahmatda doğrudan da yaxşı nəticələrimiz oldu".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının ilin yekunlarına həsr olunan tədbirində gənclər və idman naziri Fərid Qayıbov deyib.
O yeni ildə idmançılara uğurlar arzulayıb: "Media daim nəticələri işıqlandırır. Bu il tarixi nəticə qeydə alındı. İlk dəfə Avropa çempionumuz oldu. Bu, görülən işlərin nəticəsidir".