Norveçli şahmatçı Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilmiş blits üzrə dünya çempionatının qalibi olub.
Sportnet.az xəbər verir ki, 35 yaşlı qrossmeyster finalda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovu 2,5:1,5 hesabı ilə məğlub edib.
Bununla da Karlsen karyerasında doqquzuncu dəfə blits üzrə dünya çempionu adını qazanıb. O, daha əvvəl altı dəfə rapid üzrə dünya çempionatının qalibi olmuşdu.
Qadınlar arasında blits üzrə dünya çempionatında isə Qazaxıstan təmsilçisi Bibisara Asaubayeva qızıl medal əldə edib. Finalda o, ukraynalı şahmatçı Anna Muziçuku 2,5:1,5 hesabı ilə üstələyib.
Qeyd edək ki, rapid üzrə qadınlar arasında dünya çempionu Rusiya təmsilçisi Aleksandra Qoryaçkina olub.










































































