1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Məğlubiyyət məni daha da güclü edəcək"
"Əvvəlcədən üstünlük yox idi. Düşünürdüm ki, növbəti dəfə heç-heçə olacaq. Sonda vəziyyət dəyişdi. Şəmkirdə ilk qələbəni qazandığım üçün şadam".
Sportnet.az-ın məlumatına görə, bunu Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2018" superturninin IV turunda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarova qalib gəldiyi qarşılaşmadan sonra bolqarıstanlı şahmatçı Veselin Topalov deyib. Təcrübəli qrossmeyster Şəmkirdə həmişə normal oyun sərgilədiyini bildirib. O, əsas mübarizənin irəlidə olduğunu söyləyib: "Bu qələbə mənə, sadəcə, 1 xal qazandırdı. Əsas mübarizə irəlidədir. Təxminən bir ildir böyük yarışlarda iştirak etmirəm. Bu mənada yaxşı formada olduğumu fikirləşirəm. Məmmədyarovla əksər oyunlarımız məhsuldar alınır".
Azərbaycan şahmatçısı isə məğlubiyyətə səbəb kimi risk etməsini göstərib: "Oyunda vəziyyət iki dəfə dəyişdi. Əvvəlcə üstünlük əldə etdim. Amma onu inkişaf etdirmək mümkün olmadı. Sonradan Topalov həlledici gedişlərlə vəziyyəti xeyrinə dəyişdi. İki dəfə heç-heçə etməyə imkanım var idi. Yəni istəsəydim oyunu bərabərliklə başa çatdırardım. Sadəcə bu nəticəni istəmədim. Qələbə qazanmağı arzulayırdım. Düşündüm ki, nəhayət bu gün qələbə qazanmaq vaxtıdır. Heç-heçə etmədiyim üçün peşman deyiləm. Risk etdim və sonda uduzdum. Risk etmək həmişə uğurlu sonluqla yekunlaşmır. Bəzən uduzursan. Heç-heçə etməyərək mübarizəni davam etdirdiyim üçün özümü qınamıram. Məğlubiyyət məni daha da güclü edəcək. Motivasiya artacaq. İndi başa düşürəm ki, növbəti turlarda qələbə qazanmağa borcluyam".