Rusiya Şahmat Federasiyasının Qəyyumlar Şurasının və futbol üzrə dünya çempionatının Təşkilat Komitəsinin sədri Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezident seçkilərində iştirak edəcəyini söyləyib.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, Dvorkoviç Moskvada keçirdiyi mətbuat konfransında məlumat verib. Onun namizədliyini Rusiya Şahmat Federasiyası da dəstəkləyib.
Qeyd edək ki, prezident seçkiləri oktyabrın 3-də Gürcestanın Batumi şəhərində FİDE-nin Konqresində keçiriləcək. Ali şahmat qurumunun hazırkı prezidenti Kirsan İlyumjinov 1995-ci ildən qurumun prezidentidir.