Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, "Chessable Masters" adlanan turnirdə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov da mübarizəyə başlayacaq.
36 yaşlı qrossmeyster turnirdə ilk görüşlərini keçirəcək. Birinci turda Eduardo İtturizaqa (İspaniya) ilə üz-üzə gələcək Məmmədyarov ardınca Yu Vençjun (Çin), Vladislav Artemyev (Rusiya), Pentala Harikrişna (Hindistan) və David Anton Quicarro (İspaniya) ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.
"Chessable Masters"
I tur
Şəhriyar Məmmədyarov - Eduardo İtturizaqa (İspaniya)
II tur
Yu Vençjun (Çin) - Şəhriyar Məmmədyarov
III tur
Şəhriyar Məmmədyarov - Vladislav Artemyev (Rusiya)
IV tur
Pentala Harikrişna (Hindistan) - Şəhriyar Məmmədyarov
V tur
Şəhriyar Məmmədyarov - David Anton Quicarro (İspaniya)