
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün ikinci turun görüşləri keçirilir.
Sportnet.az-ın məlumatına görə, ilk turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə daha güclü rəqiblərlə üz-üzə gəliblər.
Kişilərdən ibarət komanda Serbiya ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Şəhriyar Məmmədyarov ilk, Nicat Abbasov sonuncu lövhədə rəqiblərindən üstün olubsa, Teymur Rəcəbovla Qədir Hüseynov heç-heçə ilə kifayətlənib.
Qadın yığması isə İsveçdən üstün olub - 4:0. Günay Məmmədzadə, Xanım Balacayeva və Ülviyyə Fətəliyevanın ardından son olaraq, Gülnar Məmmədova da görüşünü qələbə ilə başa vurub.
Avropa çempionatı, II tur
Kişilər
Serbiya - Azərbaycan - 0:3
Aleksandr İndiç - Şəhriyar Məmmədyarov - 0:1
İvan İvaniseviç - Teymur Rəcəbov - 0,5:0,5
Robert Markus - Qədir Hüseynov - 0,5
Miloş Perunoviç - Nicat Abbasov - 0:1
Qadınlar
İsveç - Azərbaycan - 0:3
Pia Kramlinq - Günay Məmmədzadə - 0:1
İnna Agrest - Gülnar Məmmədova - 0:1
Elena Andriç - Xanım Balacayeva - 0:1
Marqarita Zaritovskaya - Ülviyyə Fətəliyeva - 0:1
Qeyd edək ki, ilk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib - 4:0.