
Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar məlum olub.
Federasiyanın Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarımfinalda Vasif Durarbəyli ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar 1:1 hesabı ilə bitdikdən sonra ilk rapid görüşündə heç-heçə qeydə alınıb. İkinci rapid matçında qələbə qazanan Muradlı həlledici qarşılaşmada Misrətdin İsgəndərova rəqib olub.
Durarbəyli isə 3-cü yer uğrunda oyunda Aydın Süleymanlı ilə qarşılaşacaq. Görüşlər fevralın 17-də baş tutacaq və iki partiyadan ibarət olacaq.
Qeyd edək ki, Məhəmməd Muradlı 2019-cu ildə 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında çempionluq sevinci yaşayıb.
----------------------------------------
Naxçıvanda keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.
Federasiyanın Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarımfinalın hər iki partiyasında Aydın Süleymanlıya qalib gələn Misrətdin İsgəndərov finalda iştirakını təmin edib.
Digər yarımfinalda ümumi hesab bərabərləşib. İlk oyunda Vasif Durarbəyliyə uduzan Məhəmməd Muradlı cavab görüşündə məğlubiyyətin əvəzini çıxıb. Rəqiblər bu gün saat 18-00-dan ikinci finalçını müəyyən edəcək.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manat təşkil edir. Çempion şahmatçı 8 min manat qazanacaq.