Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.
Sportnet.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 2-ci turda qara fiqurlarla mübarizə aparıb.
Turun açılışında Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edib, ardınca isə simvollik olaraq ilk gedişi yerinə yetirib.
2-ci turda dörd partiya bərabərliklə yekunlaşıb. Bir partiyada Nino Baciaşvili şahmatçımız Ülviyyə Fətəliyevadan üstün olub.
Reqlamentə əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq. Yekunda ümumi toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.
Xatırladaq ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.