
III MDB Oyunlarında Azərbaycan 8-ci qızıl medalını qazanıb.
Sportnet.az xəbər verir ki, 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Süleyman İsmayılzadə bütün rəqiblərini qabaqlayıb.
Bu, İsmayılzadənin Oyunlarda üçüncü medalı olub.
Daha bir üzgüçü Anastasiya Qnussina isə qadınlar arasında 1500 metr məsafədə sərbəst üsulla üzmədə bürünc medal qazanıb.