
Bu gün keçirilən üzgüçülük yarışında Azərbaycan idmançısı İsmayılzadə Süleyman 400 metr sərbəst üsulda məsafəni birinci yeri tutaraq qızıl medal qazanıb. İdmançımızın qələbəsi ilə Azərbaycanın bayrağı yüksəldilib, dövlət himnimiz səsləndirilib.
Sportnet.az xəbər verir ki Süleymanın fərdi məşqçisi Ruslan Hətəmxanov bu uğurun ölkəmiz üçün böyük qürur mənbəyi olduğunu bildirib:
“Bu çox gərgin mübarizə idi. Burada rus komandalarının ən güclü idmançıları iştirak edirdi. Lakin Süleyman bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazandı. Mən fəxr edirəm ki, idmançım bu yerdə birinci yerə layiq oldu və bayrağımızı yüksəltdi. Federasiyamıza və məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Onlar bizdən heç vaxt dəstəklərini əsirgəməyiblər. Bu qələbə hamımızın qələbəsidir.”
Azərbaycan Üzgüçülük Federasiyası da idmançımızı və məşqçilər heyətini bu möhtəşəm nailiyyət münasibətilə təbrik edib.