"Yerli idmançılarının olimpiadada iştirakı Yaponiya xalqının yarışa münasibətini yaxşılaşdırıb".
Sportnet.az-ın məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax "Kyodo agentliyinə müsahibəsində deyib.
Almaniyalı funksioner bildirib ki, Oyunların yayım reytinqləri də bunu sübut edir: "Bunlar yerli əhalinin yarışa böyük maraq göstərməsinin nəticəsidir".
Bax koronavirusun yayılmasına qarşı görülən tədbirlər və iştirakçıların vaksinasiyası üçün beynəlxalq səylərdən tamamilə məmnun olduğunu söyləyib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları avqsutun 8-də başa çatacaq.