
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Azərreyl” və " Xilasedici" kollektivlərinin görüşündə birincilər həlledici mərhələyə yüksəlib.
İlk yarımfinal oyununda 3:0 hesabı ilə qalib gələn "Azərreyl" ikinci matçda 1:3 hesabı ilə uduzub. Bu səbəbdən cütün taleyi qızıl setdə həll olunub. Burada rəqibini (15:13) üstələyən Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv adını finala yazdırıb.
Həlledici mərhələyə digər vəsiqəni isə "Murov Az Terminal" kollektivi əldə edib. Birinci yarımfinal qarşılaşmasında "Neftçi"yə 3:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi ikinci görüşdə də eyni hesablı qələbəyə sevinib.