
“Məşq edəcəyimiz zalları hələ müəyyənləşdirməmişik".
Sportnet.az xəbər verir ki, bu sözləri “DH Volley Baku" voleybol klubunun təqdimat mərasimindən sonra komandanın baş məşqçisi Fərid Cəlalov deyib.
Baş məşqçi klubun gələcək hədəflərindən danışıb:
“Klubunun yarıya qədər oyunçuları millinin üzvlərindən qurulub. Gəncləri dəvət etməyi də düşünürük. Hədəflərə gəlincə, istər oyunçular, istərsə də məşqçilər olsun, həmişə finalda oynamağı düşünürük. Sentyabrdan məşqlərə başlayacağıq.
Təbii ki, legionerlər də dəvət edəcəyik. Bu, daha yaxşı oynamaq və gənclərin də onların yanında təcrübə qazanmaları üçün vacibdir”.
Cəlalov büdcə məsələsi ilə bağlı açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, “DH Volley Baku” növbəti mövsümdən qadın voleybolçuların Yüksək Liqasında debüt edəcək.