
Bu gün III MDB Oyunlarında 17 yaşadək oğlan voleybolçular arasında növbəti oyunlar keçirilib.
Sportnet.az xəbər verir ki Günün ikinci matçında Azərbaycan yığması Rusiya komandası ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub (17:25, 20:25, 16:25).
Günün əvvəlində Belarus millisi isə Özbəkistan üzərində 3:1 hesablı qələbə qazanıb (25:19, 25:23, 16:25, 25:20).
Azərbaycan millisi növbəti oyununu 6 oktyabrda Belarus komandası ilə keçirəcək.