
Dünya Badminton Federasiyası ( BWF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandası reytinq sıralamasında 4 pillə irəliləyərək 23-cü pilləyə yüksəlib.
Komandamızın hesabında 2300 reytinq xalı var.
Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer almışdı. Badminton millimiz son 9 ay ərzində reytinqdə 24 pillə irəliləyib.