
"Sabah" klubu FIBA Çempionlar Liqasında ikinci oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunmuş qarşılaşmada rəqib Almaniyanın "Alba Berlin" komandası olub.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 85:76 (16:16, 13:20, 21:24, 26:25).
Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv keçirdiyi ilk matçda Çexiyanın "Nimburk" klubuna 65:93 hesabı ilə uduzub.