
Azərbaycan Basketbol Liqasında (ABL) III turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, A və B qruplarında baş tutmuş oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
A qrupu
"Sabah" - "Şəki" - 85:66
NTD - "Abşeron Lions" - 81:99
B qrupu
"Ordu" - "Sərhədçi" - 85:73
"Sumqayıt" - "Quba" - 88:98
"Lənkəran" - "Naxçıvan" - 82:91
Üç turdan sonra "Sabah" və "Abşeron Lions" klubları maksimum nəticə ilə A qrupunda müvafiq olaraq 1-ci və 2-ci pilləni tuturlar. "Ordu" klubu isə B qrupunun vahid lideridir.
Qeyd edək ki, III turun A qrupunda baş tutmalı olan "Gəncə" - "Neftçi" oyunu paytaxt klubunun avrokubok matçına görə təxirə salınıb.