1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qubada yeni idman növü üzrə ilk turnir - FOTOLAR
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının proqramına təklif olunan stritbol (3X3 basketbol) üzrə ilk turnir təşkil edilib. Sportnet.az-ın məlumatına görə, yarış Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə Qubada fəaliyyət göstərən "Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Olimpiya mükafatçıları milli sərvətimizdir!-Rio-2016-ya ictimai dəstək” layihəsi çərçivəsində keçirilib.
"Kim sevirsə idmanı, poladdan olar canı” şüarı ilə Quba rayonunun Qaraçay kəndində baş tutan tədbirdə yeniyetmə və gənc oğlanlar mübarizə aparıblar.
Təşkilatın sədri Ramin Mahmudov son illərdə ölkəmizin əldə etdiyi nailiyyətlərindən danışıb. O bildirib ki, layihənin də əsas məqsəd region gəncləri arasında idmana olan marağın artırılması, ölkəmizin idman nailiyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi və avqus ayında start götürəcək olimpiadada idmançılarımıza ictimai dəstəyin verilməsidir. Xüsusilə ötən il I Avropa Oyunlarının möhtəşəm təşkilatçılığının əhəmiyyətini vurğulayan natiq bildirib ki, ölkəmizdə bir-birinin ardınca təşkil edilən müxtəlif idman turnirləri Azərbaycanımızın haqq səsinin dünyaya çatdırılması, həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir. Xüsussilə də ölkəmizdə bu yeni idman növünün təbliğnin əhəmiyyətini vurğulayan R.Mahmudov əlavə edib ki, ölkəmizdə ötən il keçirilən ilk Avropa Oyunlarının proqramına daxil edilən bu növdə həm qdınlar, həm də kişilərdən ibarət komandalarımızın uğurlu çıxışı bu idman növünün ölkəmizdə potensiallı olduğunu göstərib. Bu baxımdan da gənclər arasında bu oyunun təbliğinin əsas məqsədlərdən olduğu qeyd edilib.
Rəsmi açılış mərasimindən sonra turnirə start verilib.
Yarışın əsasnaməsinə uyğun olaraq 4 komanda ½ final mərəhələsində mübarizə aparıb. Zərdabi qəsəbəsinin basketbolçuları İqriq kəndindən olan həmkarlarına 15:1, Qaraçay kənd komandası isə Alekseyevka kəndindən olan komandanı əlavə vaxta 12:11 hesabı ilə məğlub edərək finala vəsiqə əldə edib.
İqriq və Alekseyvka bastekbolçuları öz aralarında III yeri müəyyən ediblər. 13:4 hesabı ilə qalib gələn Alekseyevka kəndinin idmançıları turnirin 3-cü mükafatına sahib olublar.
Finalda isə Zərdabi qəsəbinin gənc idmançıları Qaraçaydan olan həkmarları ilə qarşılaşıb. Yekunda daha güclü Zərdabi basktbolçuları 15:5 hesabı ilə rəqiblərindən üstün olaraq Quba rayonunda ilk dəfə keçirilən turnirin ilk qalibi adını qazanıblar.
Qalib və mükafatçılara layihə çərçivəsində təşkilatçılar tərəfindən hazırlanmış diplomlar, xüsusi bukletlər, kubok və medallar, Azərbaycan idmançıları olimpiadalarda” adlı statistik məlumatların əks olunduğu kitabça təqdim olunub.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Ağbil kəndində oğlanların iştirtakı ilə voleybol idman növü üzrə keçiriləcək.