Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Telekom" klubu bu gün növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, A qrupunun mübarizəsində rəqib Polşanın "Ximik" klubu olub.
Görüş qonaqların üstünlüyü ilə başa çatıb. "Telekom" oyunu 0:3 hesablı məğlubiyyətlə başa vurub. Bu nəticə ilə Bakı təmsilçisi qrup sonuncusudur.
İlk turda "Telekom" İtaliyada "İmoko Volley"ə 0:3, "Ximik" isə "Nordmekkanika"ya 1:3 hesabı ilə uduzub.
Çempionlar Liqası, qrup mərhələsi, II tur
17:00. "Telekom" (Azərbaycan) - "Ximik" (Polşa) - 0:3 (16:25: 21:25: 20:25)
Hakimlər: Filip Şurman (Lixtenşteyn), Szabo-Aleksi Paul Katalin (Rumıniya)
Bakı. Sərhədçi Olimpiya İdman Mərkəzi