1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Telekom"dan ardıcıl 5-ci məğlubiyyət - YENİLƏNDİ
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Telekom" klubu bu gün Çempionlar Liqasında V tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, A qrupunun V tur matçında rəqib Polşa "Ximik"i olub.
Şçetsin şəhərindəki "Azotı Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Oyunu sloveniyalı Blaj Markel və isveçli Stefan Bernströmdən ibarət hakimlər dueti idarə edib.
"Telekom" qarşılaşmaya hesabda irəli çıxmaqla başlasa da, sonrakı 3 seti məğlub olub. Nəticədə ümumi hesabda 1:3 hesabı ilə uduzan təmsilçimiz ardııcl 5-ci məğlubiyyətini alaraq yenə xal üzünə həsrət qalıb. "Ximik" 9 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Qrupumuzun lideri isə 11 xalı olan İtaliyanın 2Modena" klubudur.
Çempionlar Liqası, V tur
A qrupu
21:00. "Ximik" (Polşa) - "Telekom" (Azərbaycan) - 3:1 (21:25, 25:16, 25:13, 25:16)
Hakimlər: Blaj Markel (Sloveniya), Stefan Bernström (İsveç)