1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Trinidad və Tobaqoya qalib gəldi - YENİLƏNDİ
Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Yaponiyada keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, C qrupunda yer alan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv IV tur çərçivəsində Trinidad və Tobaqo yığmasını üstələyib – 3:0 (29:27, 25:16, ). Bu qalibiyyət sayəsində xalını 6-ya çatdıran yığma Tailandla 3-4-cü yerləri bölüşür.
Lider ABŞ-ın 9, 2-ci sıradakı Rusiyanın 8 xalı var. Son iki pillədə 1 xala malik Cənubi Korya ilə xal qazana bilməyən Trinidad və Tobaqo yer alıb.
Turun digər oyunlarında Cənubi Koreya Rusiya, ABŞ isə Tailandla qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi daha öncə Cənubi Koreyanı məğlub edib - 3:1. ABŞ və Rusiyaya isə 0:3 hesabı ilə uduzub. Yığma qrupdakı son oyununu oktyabrın 4-də Tailanda qarşı keçirəcək. Qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək.
------
Bu gün voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv IV tur çərçivəsində Trinidad və Tobaqo yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 8:40-da start götürəcək.
C qrupunda yer alan milli hazırda 3 xalla 4-cü pillədə qərarlaşıb. Lider ABŞ-ın 9, 2-ci sıradakı Rusiyanın 8, 3-cü yerdəki Tailandın 6 xalı var. Son iki pillədə 1 xala malik Cənubi Korya ilə xal qazana bilməyən Trinidad və Tobaqo yer alıb.
Qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyununu oktyabrın 4-də Tailanda qarşı keçirəcək.
Dünya çempionatı
IV tur
C qrupu
08:40. Azərbaycan - Trinidad və Tobaqo 2:0 (29:27, 25:16, 25:17)