Azərbaycan badmintonçuları Ukraynanın Xarkov şəhərində 2008-ci il və daha aşağı yaş qrupları arasında keçirilən açıq turnirdə iştirak ediblər.
Sportnet.az-ın məlumatına görə, turnirə geniş heyətlə qatılan komanda bütün kateqoriyalarda mükafatçılar sırasında yer alıb. Emil Akçurin şəxsi və qoşa yarışda birinci, qarışıq-qoşada isə üçüncü yeri tutub.
Ülvi Hüseynov şəxsi yarışda gümüş, qoşa yarışda qızıl, qarışıq-qoşada isə bürünc medala sahib olub. Nərmin Hüseynova qoşa yarışda ikinci, qarışıq-qoşada isə üçüncü yerlə kifayətlənib.
Nəhayət, Əminə İsmayılova qoşa yarışda gümüş, qarışıq-qoşada isə bürünc medala layiq görülüb.