
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
Sportnet.az xəbər verir ki, I dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 15-də Bakıda təşkil olunacaq. Günün ilk qarşılaşmasında “Azərreyl” və “Xilasedici” klubları üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq.
Bu matçdan 2 saat sonra MOİK “Sərhədçi”ni sınağa çəkəcək. Hər iki görüş FHN-nin İdman-Sağlamlıq Kompleksində oynanılacaq.
Qeyd edək ki, Yüksək Liqadan fərqli, Super Liqanın növbəti qarşılaşmaları Qubada olacaq.