Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizoza Belarusun “Minçanka” klubuna keçib.
Sportnet.az klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu 2020/2021 mövsümündə bu komandada çıxış edəcək.
Əzizova "Minçanka"ya transferindən məmnunluğunu bildirib. O, yeni komandası barədə çox şeylər eşitdiyini və Superliqada izlədiyini vurğulayıb: “Bundan əlavə, həmişə Rusiya çempionatında oynamaq istəyirdim”.
Əzizoza yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Minçanka” Rusiya çempinatında mübarizə aparır. Marqarita Əzizova 2012 – 2017-ci illərdə “Telekom”da oynayıb. O, 2017-ci ildə qızıl, 2016-cı ildə isə gümüş medal qazanıb. Voleybolçu daha öncə Türkiyə və Polşada legioner həyatı yaşayıb.
Xatırladaq ki, Marqarita Əzizova 2019/2020 mövsümündə Polşanın "Radomka" klubunda çıxış edib və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunmuş voleybolçunun analizində hansısa yoluxma halı qeydə alınmayıb.