
Çağırış Kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun 1/16 final mərhələsində Almaniyanın “VfB SUHL Thüringen” komandasına qarşı keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib.
Azərbaycan Voleybol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, iki klub arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, hər iki matç Almaniyada baş tutacaq.
Dekabrın 14-də və 15-də keçiriləcək görüşlərdə ilk gün təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.
Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.