
"Oyun yaxşı keçdi. İkinci hissədə bəzi dəyişikliklər etməyə məcbur olduq. Ona görə matçın gedişatı dəyişdi".
Sportnet.az-ın məlumatına görə, bunu kişi həndbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nasser Salimi Bakıda keçirilən 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində Malta yığmasına 34:25 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
İranlı mütəxəssis bildirib ki, yanvarın 14-də komandasını Böyük Britaniya seçməsi ilə çətin qarşılaşma gözləyir: "Müəyyən rotasiyalar olacaq. Oyunçuların keyfiyətini yüksəltmək, yaxşı həndbolçular yetişdirmək istəyirik. Sabah da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan - Böyük Britaniya oyunu saat 17:00-da başlayacaq.