Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma V turda doğma meydanda Şimali Makedoniyanı qəbul edib.
Bakı İdman Sarayında oynanılan görüş rəqibin 37:22 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında səfərdə keçirilən qarşılaşmada da Şimali Makedoniya qalib gəlmişdi – 40:17.
Qeyd edək ki, qrupda bir qələbəsi olan Azərbaycan millisi 2 xalla dördüncü pillədə qərarlaşıb.
-------------------------------
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Aleksandr Revvanın baş məşqçisi olduğu yığma V turda Şimali Makedoniya ilə qarşılaşacaq.
Bu, həndbolçularımızın son ev sınağı olacaq. Millimiz səfərdə 17:40 hesabı ilə uduzduğu rəqibi məğlub etməyə çalışacaq.
5-ci qrupun autsayderi olan komandamız AVRO-2024 şansını qorumaq üçün mütləq xal qazanmalıdır. Çünki son turda qrup lideri İspaniyadan xal qoparmaq inandırıcı görünmür. Buna görə də yığmamız xal hesabını Bakı İdman Sarayındakı matçında artırmalıdır.
Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar və “üçüncülər” arasında ən yaxşı dörd yığma final mərhələsinə vəsiqə qazanacaq.
AVRO-2024-ün seçmə mərhələsi
5-ci qrup, V tur
3 aprel
17:00. Azərbaycan – Şimali Makedoniya
Bakı İdman Sarayı