
Bu
gün velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatına start verilib. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycanınən güclü velosipedçilərini müəyyənləşdirən yarışın ilk günü Samux rayonunda baş tutub.
Yarışın proqramına əsasən, bu
gün Elit, U-23 və gənclər 30 km. U-17 yaş qrupunda çıxış edən velosipedçilər
isə 15 km
məsafəyə fərdi ötüşmədə (time trial) mübarizə aparıblar. Nəticələrə gəlincə, Elit və U-23 yaş qrupunda
gözlənildiyi kimi ilk 3 yeri "Synergy Baku” komandasının üzvləri tutub. 30 km məsafəni 40 dəqiqə 2
saniyəyə başa vurmaqla Azərbaycan çempionu adını qazanan Elçin Əsədov Samir
Cəbrayılov (41 dəqiqə 45 saniyə) və Tural İsgəndərovu (42 dəqiqə, 2 saniyə) geridə qoyub.
Gənclərin
mübarizəsində isə 8 saylı İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları UGİM-nintəmsilçisi Nicat Qarayev ən yaxşı nəticə göstərib – 47 dəqiqə 4 saniyə. 2-ci
yeri 48 dəqiqə 27 saniyə göstərici ilə Elmar İlyasov (Respublika Olimpiya Ehtiyatları
İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi), 3-cü yeri isə məsafəni
48 dəqiqə 51 saniyəyə qət edən Nəbi Rəhimov (Sumqayıt Velosiped İdmanı Klubu) tutub.
17 yaşadək velosipedçilərin
mübarizəsində 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİM-nin 2 üzvü ilk
üçlükdə qərarlaşıb. Mikayıl Səfərli (22 dəqiqə 52 saniyə) 1-ci, Maksim
Napyorstkov isə (23 dəqiqə 42 saniyə) 3-cü olub. 2-ci yerə "Lokomotiv” klubunun
təmsilçisi Kərim Şirəliyev (23 dəqiqə 13 saniyə) layiq görülüb.
Qeyd edək ki, iyunun 28-də
U-17 yaş qrupu üzrə velosipedçilər Samuxda 70 km məsafəyə qrup
ötüşməsində Azərbaycan çempionunu müəyyənləşdirəcəklər. Nəhayət, iyunun 29-da, ölkə çempionatının sonuncu günü
Elit, U-23 və gənclər Gəncə şəhərindən qrup şəklində start götürməklə Daşkəsənə
qədər olan 120 km
məsafəyə yürüş edəcəklər. Bu mərhələnin əsas xüsusiyyəti Daşkəsən ərazisində
dağ yollarının da olmasıdır.


