Avro-2016-nın seçmə qrup mərhələsində Ermənistan millisinin qonağı olacaq Portuqaliya yığması bu ölkəyə yollanıb. Sportnet.az-ın məlumatına görə, Portuqaliya millisini, xüsusi ilə "Real Madrid"in hücumçusu Kriştianu Ronaldonu hava limanında qarşılaşayan azarkeşləri Ermənistan millisinin tərəfdarlar pərt ediblər.
Poruqaliyalı ulduzun fanatları və FAF fan-klubunun üzvləri Portuqaliya millisinin qarşılaşamaq üçün hava limanına gəliblər. Ermənistan millisinin azarkeşləri isə onlara təsir göstərməyə çalışıblar. Hətta futbolçular zala gəlməmiş azarkeşlər arasında toqquşma da yaşanıb.
Bundan sonra FAF-ın üzvləri erməni azarkeşlərin ünvanına "biabirçiliq" deyərək qışqırıblar.
Ronaldo ilə şəkil çəkdirib avtoqraf almaq istəyənlər erməni azarkeşlərin isə arzuları ürəklərində qalib. Belə ki, futbolçu abtobusa minərək oradan uzaqlaşıb.