"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın qadın qılıncoynadanları çıxışını başa vurub. Sportnet.az-ın məlumatına görə, şpaqa növü üzrə yarışda Elmira Xudaverdiyeva, Samirə Hüseynova, Məryəm Məlikova və Nübar Məlikova iştirak edib.
A qrupunda çıxış edən E.Xudaverdiyeva keçirdiyi 6 görüşün hamısında məğlub olub. B qrupunda yarışan Samirə Hüseynova da eyni aqibətlə üzləşib. Qadın qılıncoynadan 6 oyunda qələbəyə həsrət qalıb. Digər qadın şpaqaçı Məryəm Məlikova heç bir görüşdə qələbə qazanmadığından C qrupunun sonuncusu olub. Nübar Məlikova da yer aldığı E qrupunda 6 oyundan qələbəsiz ayrılıb.
Kişilərin sablya yarışlarında təmsilçilərimizdən Cavanşir Səfərov, Abdulla Həsənov, Cavanşir Ağakişiyev və Azər Tağıyevin də çıxışları uğursuz olub. Dörd idmançımızdan yalnız Azər Tağıyev 1/16 finala yüksəlməyi bacarıb. Lakin o, bu mərhələdə rumıniyalı Tiberiu Dolniçeanuya 5:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
x x x
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı qılıncoynatma yarışlarında təmsil edən Məryəm Məlikova ilk görüşünü məğlubiyyətlə başa vurub. Sportnet.az-ın məlumatına görə, C qrupunda gedən mübarizədə o, ukraynalı Yana Şemyakina 3:5 hesabı ilə uduzub.
x x x
"Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib. İlk yarış günündə Azərbaycanın 8 qılıncoynadanı iştirak edəcək.
Qadınlar arasında şpaqa növü üzrə fərdi yarışda Elmira Xudaverdiyeva A qrupu, Samirə Hüseynova B qrupu, Məryəm Məlikova C qrupu, Nübar Məlikova isə E qrupunda mübarizə aparır.
Kişilər arasında sablya üzrə fərdi yarışda Azər Tağıyev A qrupunda, Abdulla Həsənov D qrupunda, Cavanşir Səfərov E qrupunda, Cavanşir Ağakişiyev isə F qrupunda yarışır.
Qeyd edək ki, qılıncoynatma yarışı iyunun 27-dək davam edəcək. Ümumilikdə qaliblər üçün 12 medal dəsti nəzərdə tutulub.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.