
Bakının "İnter" klubu İsveç "Elfsborq"una qarşı keçiriləcək Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk qarşılaşmasına hazırlığını başa vurub. Sportnet.az-ın məlumatına görə, "bankirlər" dünən matçın keçiriləcəyi "Buros Arena"da oyunöncəsi son məşqinə çıxıb.
Qeyd edək ki, "Elfsborq" - "İnter" matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.